Sloveniya prezidenti Tehrana daxil oldu
Noy 21, 2016 21:48 Asia/Baku
Sloveniya prezidenti Brot Baxur yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Tehrana səfər edib.
İRNA-nın verdiyi məlumata görə, Brot Baxur bazar ertəsi İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq məqsədi ilə Tehrana səfər edib. Hava limanında Sloveniya prezidentini İranın energetika naziri Həmid Çitçiyan qarşılayıb.
Sloveniya prezidentinin İrana olan səfəri zamanı bu ölkənin Tehranda səfirliyinin açılması nəzərdə tutulub.
Həmçinin, iki ölkənin iş adamları və sərmayə sahibləri sabah birgə iclas təşkil edərək, Tehran - Lyubliyan əlaqələrinin genişləndirilməsi yollarını araşdıracaqlar.