Noy 22, 2016 10:02 Asia/Baku
  • İran prezidenti: Ərbəin mərasimi ilahi lütfkarlığın təzahürüdür
    İran prezidenti: Ərbəin mərasimi ilahi lütfkarlığın təzahürüdür

İran prezidenti Ərbəin mərasiminin misilsiz və daim yaşayacaq əzəmətini ilahi ədalətin təzahürü adlandırıb və belə deyib: Bu əzəmət İmam Hüseyn(ə)-ın və onun köməkçilərinin məzlumluğunun mükafatı və İmam Əhli-Beyti(ə)-nin təmkinliliyinin nəticəsidir.

Həsən Ruhani dünən nazirlər kabinetinin iclasında Ərbəin yürüşü mərasiminin geniş surətdə keçirilməsinə və İmam Hüseyn(ə) aşiqlərinin ondakı milyonluq və misilsiz iştirakına toxunaraq, onu son dərəcə mühüm bir hadisə adlandırıb və bu mərasimin keçirilməsində zəhməti olmuş bütün məsul şəxslərə təşəkkür edib.

Ruhani deyib: İran tarixində belə bir məsələnin misli olmayıbdır ki, qısa bir zamanda iki milyon nəfərdən çox zəvvar ziyarətə getmiş olsun. O, bu böyük işin təşkil edilməsi və layiqincə həyata keçirilməsində zəhmət çəkmiş bütün icra orqanlarına, həmçinin İraqın dövləti və xalqının həmkarlıqlarına görə minnətdarlıq edib.

İran prezidenti ümidvarlıq edib ki, müsəlmanların geniş iştirakı ilə keçirilmiş bu böyük mərasim İslam ümməti arasında islami birliyin genişlənməsi üçün bir zəmin olacaq.

Teqlər