Ayətullah Musəvi Ərdəbilinin cənazəsi cümə günü torpağa tapşırılacaq
https://azeri.sahartv.ir/news/İran-i246881-ayətullah_musəvi_Ərdəbilinin_cənazəsi_cümə_günü_torpağa_tapşırılacaq
Böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbilinin cənazəsi cümə günü Qum şəhərində dəfn ediləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2016 14:23 Asia/Baku
  • Ayətullah Musəvi Ərdəbili
    Ayətullah Musəvi Ərdəbili

Böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbilinin cənazəsi cümə günü Qum şəhərində dəfn ediləcək.

Ayətullah Musəvi Ərdəbilinin ofisinin rəisi höccətülislam Parsa deyib: Məhrum Ayətullah Musəvi Ərdəbilinin cənazəsi bu gün Tehrandan Qum şəhərinə köçürüləcək və həzrət Məsumənin(s.ə) məqbərəsində dəfn ediləcək.

Ayətullah Musəvi Ərdəbili bazar ertəsi günü ürək çatışmazlığı və həzm sistemində yaranmış problem ilə əlaqədar Tehranın Lalə xəstəxanasına köçürülmüşdü və bu gün günorta saatlarında, 91 yaşında vəfat etdi.