İranda 2 gün ümumi matəm elan edildi
İran İslam Respublikası prezidenti Ayətullah Musəvi Ərdəbilinin vəfat etməsi münasibəti ilə başsağlığı müraciəti edərək, ölkədə 2 gün müddətinə ümumi matəm elan edib.
İran prezidenti Həsən Ruhaninin müraciətində deyilir:
"Bağışlayan və Mehriban Allahın Adı İlə
Təşəyyü aləminin dəyərli mərcəyi, mücahid abid və dərin elmli fəqih, elminə əməl edən alim və dini elmlər hövzəsi və universitet tələbələri arasında nüfuzlu müəllim olan həzrət Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı elm, əməl, fiqh və vilayət yolu ilə bağlılığı olan hər bir kəs üçün böyük bir itki sayılır.
İslam hərəkatının dəyişilməz yavəri, həzrət İmam Xomeyni(r.ə) və İslam İnqilabının Böyük Rəhbərinin sədaqətli yol yoldaşı olan o həzrət , zəmanəsinin böyük mərcəyi olaraq fiqh və siyasət səhnəsindən tam agahlığa malik idi. Öz bərəkətli ömrünü son dəcərə mühüm olan siyasi, ictimai və məhkəmə məsuliyyətlərini qəbul etməklə İslam İnqilabının qələbəsindən öncə və sonrakı dövrlərdə İslam dininin həqiqi təlimlərinə rəvac verməyə və İslam qurluşunu möhkəmləndirəyə həsr edərək, seçdiyi mötədil yol ilə gənclərin və həqiqət ardınca olanların ürəklərini İslami baxışa cəzb etməyi bacarmışdır. Bunun kənarında bir çox dəyərli əsərin də müəllifi olaraq, dini əsasların və elmin inkişafı yolunda böyük şagirdlər yetişdirmişdir.
Mən bu böyük itki münasibəti ilə zəmanənin İmamına, İslam İnqilabının Böyük Rəhbərinə, təqlid mərcələrinə və din alimlərinə, dini elmlər hövzələrinə, o həzrətin şagirdlərinə, İran xalqına xüsusi ilə də Ərdəbilin qeyrətli əhalisinə və mərhumun ailəsinə xüsusi ilə də fəzilətli övladlarına başsağlığı verir və bu böyük elmi və mənəvi itkiyə görə cümə axşamı və cümə günlərini ölkə səviyyəsində ümumi matəm elan edirəm. Allahdan o həzrət üçün ali dərəcələr və məsum İmamlar ilə yanaşı bir məkan habelə, yerdə qalanlar üçün səbr və əcr diləyirəm.