İranın sərbəst güləş üzrə yığma komandası Bakıda
Bakıda keçiriləcək beynəlxalq güləş yarışlarında iştirak edəcək komandalar ilə yanaşı İran yığma komandasının üzvləri də müxtəlif çəki dərəcələri üzrə, çəkilərin müəyyən edilməsi mərhələsində iştirak ediblər.
Bakıda keçiriləcək Beynəlxalq Yarışda sərbəst güləş üzrə rəqabətlərə cümə axşamı günü yerli vaxtla saat 10-da başlanacaq. Bu yarışlarda müxtəlif ölkələrdən olan 119 idmançı iştark edir.
İran yığmasının tərkibində yer alan idmançılar 57 kq çəki dərəcəsində Rza Ətri, 61 kq çəki dərəcəsində İman Sadeqi, 65 kq çəki dərəcəsində Meysəm Nəsiri, 70 kq çəki dərəcəsində Camal İbadi, 86 kq çəki dərəcəsində Müctəba Qılıç, 97 kq çəki dərəcəsində Əmir Məhəmmədi və 125 kq çəki dərəcəsində Yədullah Mühibbidir.
Yunan-Roma güləş növü üzrə yarışlar üçün isə sabah çəkilərin müəyyən edilməsi mərasimi baş tutacaq. Rəqabətlərə isə şənbə günü start veriləcək.
Yunan-Roma güləş növü üzrə İran yığmasının tərkibində yer alan idmançılar 59 kq çəki dərəcəsində Məhəmməd Nurbəxş, 66 kq çəki dərəcəsində Məhəmməd Murad İlyas, 71 kq çəki dərəcəsində Kərəm Əzim Gərmsiri, 75 kq çəki dərəcəsində Məhəmməd Əli Gərayi və 98 kq çəki dərəcəsində Əmir Hüseyn Hüseynidir.
Bakıda keçiriləcək Heydər Əliyev adına böyük kubok uğrunda beynəlxalq güləş yarışları sabah 50 ölkədən gəlmiş idmançının iştirakı ilə start götürəcək.
Sərbəst güləş üzrə İran yığmasının baş məşqçisi Məhəmməd Təlayi, yunan-roma güləş növü üzrəisə baş məşqçi Əli Əşkanidir.