Ordu generalı Cəfəri: İslam İnqilabı təhdidlərlə mübarizədə uğurlu olmuşdur
-
Məhəmməd Əli Cəfəri
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı deyib: İslam İnqilabı bütün sahələrdə hərbi, təhlükəsizlik və siyasi təhdidlərlə mübarizədə uğurlu olmuşdur.
İRNA-nın məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri cümə axşamıg ünü Tehranda Malik Əştər Festivalında deyib: İran İslam İnqilabı izzətli, canlı və çiçəkli şəkildə ali məqsədlərə doğru hərəkət etməkdədir.
ordu generalı Məhəmməd Əli Cəfəri İslam İnqilabının əsasının müsəlmanlar və məzlumları müdafiə etmək olduğunu bildirərək deyib: İslam İnqilabı Livan, Suriya və Yəməndə məzlum xalqları himayə etmək və zülmə qarşı olmaq ardıncadır.
General Cəfəri xatırladıb: Sepah bu inqilabı hədələyən təhdidlər və təhlükələrlə mübarizə ardıncadır və təhdidlərlə mübarizə sahəsində təyinedici rola malikdir.
O həmçinin deyib: İndiyə qədər İslam İnqilabına qarşı bütün təhdidlər fürsətə çevrilmişdir. O cümlədən düşmənin elan olunmamış müharibəsinin nəticəsi İslam İnqilabının region və dünyaya yayılması idi.
Sepahın baş komandanı bu mərasimin kənarında jurnalistlərə verdiyi açıqlamada İranın İraqın Mosul şəhərinin azad olunması əməliyyatında heç bir hərbi iştirakı olmadığını qeyd edərək bildirib: İraqın xalq qüvvələri İran qüvvələrinə ehtiyac duymayacaq qədər güclüdürlər.
Ordu generalı Məhəmməd Əli Cəfəri bildirib: Regionda müqavimət cəbhəsi həmin İslam İnqilabının cəbhəsidir. Çünki inqilab gəncləri İslam İnqilabının müdafiəsini İslam Müqavimətinin müdafiəsi hesab edirlər.