Noy 25, 2016 12:54 Asia/Baku
  • İran prezidenti İraqda İmam Hüseynin(ə) zəvvarlarının şəhid edilməsi barədə müraciət edib
    İran prezidenti İraqda İmam Hüseynin(ə) zəvvarlarının şəhid edilməsi barədə müraciət edib

İran İslam Respublikası prezidenti bildirib: Terrorçuların İraqın Hillə şəhərində törətdikləri rəhmsiz hərəkət və İmam Hüseyn(ə) zəvvarlarını şəhid etməsi onların son dərəcə çarəsizliyinin göstəricisidir.

İİR prezidenti Həsən Ruhani öz müraciətində dünən İraqın Hİllə şəhərində törətdikləri partlayışı pisləyərək deyib: İmam Hüseyn(ə) ərbəini mərasiminin möhtəşəm keçirilməsi aşurai xalqın sevgisinin əzəmətinin bir güşəsini nümayiş etdirdi və rəhmsiz terrorçular ona dözə bilmədilər. 

Ruhaninin müraciətində deyilir: Bir qrup İmam Hüseyn(ə) zəvvarı o cümlədən bir neçə iranlının şəhadəti ilə nəticələnən İraqın Hillə şəhərində törədilən terrorçu partlayış bütün müsəlmanlar xüsusiylə şiələrin ürəyini ağrıtdı. 

İran prezidenti müraciətində İraq dövlətindən bu cinayəti törədənlərlə qətiyyətli qarşılaşmasını istəyib və İran dövlətinin terror aktında zərər çəkənlərə yardım üçün tam hazır olduğunu bildirib. 

İran prezidenti həmçinin Hillədə törədilən terror aktının qurbanlarının ailələrinə baş sağlığı verərək hadisədə yaralananlara Allah təaladan şəfa diləyib. 

Bağdadın cənubunda Babil vilayətinin Hillə şəhərinin Şumlu bölgəsində bir yanacaq doldurma məntəqəsində törədilən terrorçu partlayışda 80 nəfər şəhid olub 20-dən çox adam yaralanıb. 

Terrorçu İŞİD qrupu bu terror aktının məsuliyyətini öz üzərinə götürüb. 

Terror aktında 40 iranlı şəhid olub bir neçə iranlı da yaralanıb. 

Teqlər