Qum şəhərində Ayətullahül-üzma Musəvi Ərdəbilinin dəfn mərasimi keçirilib
İran İslam Respublikası prezidenti Həsən Ruhani, islami şura məclisinin sədri, böyük təqlid mərcələri və əhalinin geniş iştirakı ilə Qum şəhərində Ayətullahül-üzma seyid Əbdül-Kərim Musəvi Ərdəbilinin cənazəsinin dəfn mərasimi keçirilib.
Bu gün səhər çağı Qum şəhərində keçirilən bu mərasimdə Parlament üzvləri, nazirlər , məhkəmə aparatının rəhbərləri və Qom Dini Seminariyasının rəhbərləri də iştirak ediblər.
Ayətullahül-üzma Musəvi Ərdəbilinin cənazəsi namaz qılındıqdan sonra Həzrəti Məsumənin(s) pak ziyarətgahında dəfn edilib.
Ürək xəstəliyinə görə Tehranda xəstəxanada yerləşdirilmiş Ayətullahül-üzma Musəvi Ərdəbili çərşənbə günü dünyasını dəyişdi.
Ayətullahül-üzma Musəvi Ərdəbili 1981-1989-cu illərdə İranın ali məhkəməsinin sədri vəzifəsində olmuşdur.
Ayətullahül-üzma Musəvi Ərdəbilinin dəfn mərasimində iştirak etmək üçün Qum şəhərinə səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani Həzrət Fatimə Məsumənin(ə) pak ziyarətgahını da ziyarət edib.