Noy 26, 2016 10:50 Asia/Baku
  • Qum şəhərinin böyük məscidində Ayətullahuluzma Musəvi Ərdəbilinin anım mərasimi keçirilib

Böyük təqlid mərcələrindən olan Ayətullahuluzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin anım mərasimi dünən Qum şəhərinin böyük məscidində keçirilib.

IRIB-nin məlumatına görə, böyük təqlid mərcələri, dini elmlər üzrə müəllimlər cəmiyyəti, Rəhbərlik Xübreqanı Məclisi və İslam Şurası Məclisinin bəzi üzvləri, dövlət rəsmiləri, xalqın müxtəlif kütlələrinin iştirak etdikləri bu mərasimdə Qum Dini Elmlər Hövzəsinin alimlərindən olan höccətulislam vəlmuslimin Nəzəri Monfəred öz çıxışında mərhum Ayətullahuluzma Musəvi Ərdəbilinin əxlaqi, siyasi və elmi şəxsiyyəti barədə danışıb və belə əlavə edib: Bu mücahid fəqih böyük fikirlərə malik, mədəni, pak nəfsli, abid bir insan, eləcə də rəhmətlik İmam(r.ə.) və İslam İnqilabının Böyük Rəhbərinin köməkçisi və onlarla yanaşı olubdur ki, fiqhi və siyasi kitablar yazıb, alim şagirdlər yetişdirərək, şiə məktəbinin genilşlənməsi və Əhli-Beyt(ə) mədəniyyətinin yayılması istiqamətində təsirli addımlar atıbdır.

Höccətulislam vəlmuslimin Nəzəri Monfəred bildirib ki, dini elmlər hövzələri İslam məktəbinə böyük və dini simalar təqdim edib. O, deyib: Mərhum Ayətullahuluzma Musəvi Ərdəbili tanınmış simalardan olubdur ki, İslam İnqilabından öncəki və sonrakı illərində bütün gücünü İslam və İslam İnqilabının xidməti üçün sərf edibdir.

Mərhum Ayətullahuluzma Musəvi Ərdəbili çərşənbə günü günorta çağı ağ ciyər və ürək xəstəlikləri nəticəsində və qısa müddət xəstəlik dövründən sonra dünyasını dəyişdi.

Bu mübariz fəqihin cənazəsi cümə günü Qum şəhərində müşayiət olunaraq, Fatimeyi-Məsumə(s.ə)-nın pak ziyarətgahında dəfn edildi.

Teqlər