İran və Rusiya arasında viza xüsusi şərtlər üçün ləğv oluna bilər
https://azeri.sahartv.ir/news/İran-i247859-İran_və_rusiya_arasında_viza_xüsusi_şərtlər_üçün_ləğv_oluna_bilər
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və Rusiya arasında viza rejiminin xüsusi şərtlər üçün ləğv oluna biləcəyi ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2016 17:02 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və Rusiya arasında viza rejiminin xüsusi şərtlər üçün ləğv oluna biləcəyi ehtimalından xəbər verib.

İran XİN sözçüsü Bəhram Qasimi bazar ertəsi günü bəzi medialarda İran və Rusiya arasında viza rejiminin ləğvinə dair yayımlanan xəbərləri nöqsanlı adlandırıb və deyib: İki ölkə arasında xüsusi şəraitlə turist turlarının vizasının ləğv olunması qərara alınıb. Hələlik bu anlaşma imzalanmamış və icra olunmamışdır.

İran XİN sözçüsü əlavə edib: İran və Rusiya arasında turist turları üçün viza rejiminin ləğvi anlaşması və sənədi qeydə alınıb və tezliklə iki ölkə arasında imzalanması qərara alınıb.

Qasimi bildirib: İran və Rusiya vətəndaşları üçün normal viza rejiminin ləğvi üçün lazımi anlaşmalara çatmağa hələlik addımlar qalmışdır. Lazım olduğu surətdə iki ölkənin əlaqədar rəsmiləri arasında araşdırılmalı və icra mərhələsinə gətirilməlidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da bildirib: İran və Rusiya bir anlaşmanı imzalamaq niyyətindədirlər. Bu anlaşmaya əsasən iki ölkə turistlərinin viza almağa ehtiyacları olmayacaq.