Noy 29, 2016 18:52 Asia/Baku
  • İran və İtaliya arasında elmi əməkdaşlıq razılaşması imzalanıb
    İran və İtaliya arasında elmi əməkdaşlıq razılaşması imzalanıb

İran Tibb Universiteti ilə İtaliyanın Roma şəhərində yerləşən Lasapintsa Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İRİB-nin verdiyi məlumata görə, dünən Romanın Lasapintsa Universitetinin rektoru Eocnio Qaodio ilə İran Tibb Universitetinin rektoru Cavad Mir İsmaili arasında imzalanan bu memoranduma əsasən hər iki universitetin tələbə və müəllimləri müştərək təlim və tədqiqat kurslarında iştirak edə biləcəklər. 

Memorandumun imzalanma mərasimində iştirak edən İranın elm,tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi İran Tibb Universitetinin bəzi tibb ixtisasları xüsusiylə də ürək-damar ixtisası üzrə öncül universitetlər sırasında durduğunu bildirərək deyib: Bu uğurlar Romanın Lasapintsa Universiteti ilə əməkdaşlıqların genişləndirilməsinə zəmin yarada bilər. 

Lasapintsa Universitetinin rektoru da belə bir razılaşma sənədinin imzalanmasından razı qaldığını bildiri və deyib: İran Bio və nanotexnologiya sahələrində yaxşı inkişafın şahidi olub. 

İranın elm, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi bir elmi heyətə başçılıq edərək İtaliya ilə əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə bu ölkəyə səfər edib. 

Teqlər