Noy 30, 2016 19:50 Asia/Baku
  • Məhəmməd Cəfər Müntəziri
    Məhəmməd Cəfər Müntəziri

İran İslam Respublikasının baş prokuroru İranı terrorizmin ən böyük qurbanı adlandırıb.

İRNA-nın məlumatına görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri bu gün Çinin Sanyay şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin prokurorlarının 14-cü iclasında deyib: İran 38 il ərzində terror aktları nəticəsində 17 min vətəndaşı və rəsmisini itirmişdir.

Müntəziri mütəşəkkil cinayətlər və radikal qrupların fəaliyyətinin artmasından nigaranlıq edərək deyib: Terror qrupları hazırda Yaxın Şərqdə bəzi region ölkələri və qərb ölkələri, xüsusilə də ABŞ və sionist rejimin dəstəyi ilə təşkil olunmuşdur.

İranın baş prokuroru terrorizmin qlobal sülhə ciddi hədə və bugünkü dünyanın ən böyük problemi olduğunu bildirərək deyib: Bu problemlə mübarizənin yeganə yolu onu yaradan amillərin məhv edilməsidir.

Teqlər