37 Hillə şəhidinin cənazəsi dəfn edildi
-
37 Hillə şəhidinin cənazəsi dəfn edildi
İraqın Hillə şəhərində törədilmiş terror aktında şəhid olan 37 iranlı zəvvarın cənazələri bu gün Əhvaz, Həmidiyə və Şadqan şəhərlərində dəfn edilib.
Şəhid ailələri, ruhanilər, ərəb şeyxləri, Bəxtiyari eli, yerli rəsmilər və müxtəlif təbəqədən olan insanların iştirak etdiyi bu mərasimdə Hİllə şəhidlərinin cənazələrini xalq əlləri üzərində son mənzilə götürüb.
Əhvaz əhalisi bu mərasimdə "Heyhat Minnəzzillə" və "Ləbbeyk ya Hüseyn" şüarları verərək, İslam İnqilabı şəhidləri və Hİllə şəhidləri ilə əhd və peymanlarını təzələyiblər.
Ötən cümə axşamı günü İraqın Hillə şəhərində bir yanacaqdoldurma məntəqəsində törədilən terror aktında 80 nəfər şəhid olmuşdu. Bu hadisədə şəhid olanlar əsasən İranın Xuzestan əyalətinin sakinləri olublar.
İranın təhlükəsizlik naziri dəfn mərasimində deyib: İranın müsəlman xalqı terror hücumları qarşısında təslim olmayacaq.
Seyid Mahmud Ələvi əlavə edib: Zorakılar, sionistlər, səudiyyəlilər və İŞİD-çilərə cavabımız "Heyhat Minnəzzillə" olaraq qalacaq.