Tehran OPEK-də parladı
-
Tehran OPEK-də parladı
İran neft istehsal edən ölkələr təşkilatı OPEK-in öz istehsal həcmini azaltması ilə razılaşmış olsa da, çərşənbə günü Vyanada əldə edilən razılığa əsasən İranın gündəlik istehsal payı 90 min barel artmış oldu.
OPEK-ə üzv ölkələrin gündəlik istehsal həcmini azaltmaq barədə razılığa gəlmələri çərşənbə günü dünyanın ən mühüm iqtisadiyyat qəzetlərinin əsas xəbər başlığına çevrildi.
Faynenşal Tayms yazır: Bütün ölkələrin payı azaldı. Amma, İranın payı 90 min barel artdı.
OPEK ölkələri bu gün Vyanada 171-ci iclaslarında gündəlik istehsal həcminin 1.2 milyon barrel azaldılması barədə razılığa gəldilər. Bununla da OPEK-in gündəlik istehsal həcmi 32.5 milyon barrel təyin edilmiş oldu.
OPEK ölkələrinin istehsal həcmi bundan öncə gündəlik olaraq 33.64 milyon barrel idi.
OPEK həmçinin bugünkü iclasında İranın öz gündəlik istehsal həcmini 3.9 milyon barrelə çatdırması ilə razılaşmış oldu.
İranın neft naziri ilə birlikdə OPEK-in iclasında iştirak etmək üçün Vyanaya səfər edən İran İslam Şurası Məclisinin üzvü Behruz Neməti bu barədə deyib: Vyana iclasında İraq, Ərəbistan, Qətər və BƏƏ-nin gündəlik istehsal həcmi təqribən 4% azaldı və istehsal həcmi azalmayan yeganə ölkə İran idi...
OPEK ölkələrinin Vyanada razılığa gəlmələrinin ardınca dünya bazarında Brent markalı xam neftin qiyməti hər barrel üçün 7% artımın şahidi olub.