Dek 01, 2016 17:51 Asia/Baku
  • OPEK
    OPEK

İran İslam Respublikasının neft naziri deyib: OPEK-in Vyana razılaşmasından sonra İrana neft istehsalını artırması üçün heç bir məhdudiyyət olmayacaq.

İRİB-nin verdiyi məlumata görə, İranın neft naziri Bijən Zəngənə bu gün İranın xəbər telekanalına verdiyi müsahibədə neft ixrac edən ölkələr təşkilatı OPEK-in İranın xam neft istehsalının artırılması barədəki qərarına toxunaraq deyib: OPEK -in Vyana iclasının nəticələri tarixi idi.

İranın neft naziri OPEK-in Vyana iclasında üzvlər arasındakı fikir ixtilaflarını nəzərə alaraq qərara gəlməyin çətin olduğunu xatırladıb və deyib: Bu təşkilat son iki ildə demək olar ki buraxılmışdı. Amma Vyana iclasının nailiyyətləri OPEK-i 8 ildən sonra yenidən canlandırdı. 

Zəngənə Vyana iclasının OPEK-in movqeyinin gücləndirilməsindəki roluna təkid edərək deyib: OPEK 3-cü dünyadan olan yeganə təşkilatdır ki, dünya bazarlarında təsirli rola malikdir. 

İranın neft naziri deyib: Bəzi ölkələr arasında siyasi ixtilaflara rəğmən OPEK üzvləri bu təşkilat çərçivəsində dost münasibətlərə malikdirlər və durumun  yaxşılaşmasına səy göstərirlər. 

Zəngənə OPEK-ə üzv ölkələrin müştərək mənafelərə malik olduqlarını bildirərək deyib: Ağıllı qərarlar qəbul etmək üçün Neft bazarı qeyri siyasi olmalıdır. 

İranın neft naziri OPEK-in qeyri-daimi üzvü olan Rusiyanın da öz neft istehsalını azaltmaq qərarı barədə deyib: Bu qərar iki ölkənin yüksəs səviyyəli rəsmiləri arasında müzakirələrdən sonra reallaşdı və Rusiyanın OPEK-i müşayiət etməsi önəmli addım idi. 

OPEK üzvləri dünən bu təşkilatın Vyana da keçirilən 71-ci iclasında təşkilatın neft istehsalını gündəlik 1 milyon 200 barrel azaltmaq və gündəlik istehsal həcmini 32.5 milyon barrelə endirmək barədə razılığa gəldilər. 

Teqlər