Qasemi: Amerikanın birtərəfli sanksiyalarının uzadılması nüvə anlaşmasına ziddir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Amerika konqresinin nümayəndələr palatası və senatının İrana qarşı sanksiyaların uzadılması üzrə qərarı Amerikanın öhdəliklərinə və nüvə anlaşmasına ziddir.
Daxil olan məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının uzadılması layihəsinin qəbul olunmasına reaksiyada əlavə edib: Amerika konqresinin nümayəndələr palatası və senatının İrana qarşı sanksiyaların uzadılması üzrə qərarı Amerikanın digər ölkələrin beynəlxalq və daxili əlaqələrinə müdaxilə etməməyə dair beynəlxalq hüquqlardakı öhdəliklərinə və nüvə anlaşmasına ziddir.
Bəhram Qasemi söyləyib: Amerika dövləti həmin ölkənin beynəlxalq öhdəliklərinin icrasında məsuliyyət daşıyır və Amerikanın daxili siyasi dəyişiklikləri bu ölkənin beynəlxalq öhdəliklərinin icrasında səhlənkarlıq və imtina üçün bir əsas ola bilməz.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: İran öz beynəlxalq razılaşmalarına sadiqdir, amma hər bir şəraitdə İran xalqının hüquqlarını təsirli, güclü və tədbirli şəkildə qorumaq üçün lazımi proqnozları edərək, hazırlıqlar görübdür.
Qasemi vurğulayıb: İran Amerika hökumətinin bu sahədəki rəftarını dəqiq şəkildə izləyir və lazımi addımlar atması və qərarlar çıxarması üçün nüvə anlaşmasına nəzarət heyətinə tam hesabat təqdim edəcəkdir.
ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.
Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.