Dek 02, 2016 12:38 Asia/Baku
  • Amerikada İrana qarşı sanksiyaların uzadılması qarşısında İran parlamentinin cavab addımları
    Amerikada İrana qarşı sanksiyaların uzadılması qarşısında İran parlamentinin cavab addımları

İran İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü deyib ki, İran məclisi indiyədək Amerika konqresinin nümayəndələr palatasında Damato qanununun uzadılması ilə mübarizə üçün iki addım atıbdır.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü Behruz Neməti bu gün ABŞ senatında Damato qanununun on il müddətinə uzadılmasının qəbul edilməsinə toxunaraq, deyib: Məclisin addımlarından biri, 220 məclis üzvü tərəfindən imzalanmış qətnamə layihəsinin hazırlanmasıdır. İkinci addım isə Amerika mallarından istifadənin qadağan olunması üzrə iki oxunuşlu layihənin işlənib hazırlanmasıdır.

Behruz Neməti bildirib ki, İran məclisi ABŞ senatında Damato qanununun on il müddətinə uzadılmasının qəbul edilməsinə ciddi və qətiyyətli reaksiya göstərəcək. O, əlavə edib: Amerika Damato-nun uzadılmasından əlavə, Boeing şirkətinin və onun tabeliyində olan şirkətlərin İranla fəaliyyətlərinin qarşısını alıb. Buna görə, İran qeyd olunuan iki addımdan əlavə, digər ciddi və qətiyyətli addımlar da atacaqdır.

İran məclisinin üzvü daha sonra bildirib ki, İran nüvə anlaşmasının Amerika tərəfindən pozulmasını izləyir. O, deyib: Məclis Amerika konqresinin nüvə anlaşmasına qarşı siyasətləri qarşısında təşəbbüsü ələ alıb, öz vasitəlrəindən istifadə edərək, Amerikanın imperialist siyasətlərinə qətiyyətli cavab verəcək.

ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.

Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.

Teqlər