Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi Amerika konqresinin nümayəndələr palatası və senatının İrana qarşı sanksiyaların uzadılması üzrə qərarının nüvə anlaşmasını pozduğunu bildirib.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsinin Amerika konqresinin nümayəndələr palatası və senatında qəbul olunması qəti şəkildə nüvə anlaşmasının pozulmasıdır və İran onun qarşısında mütləq ciddi reaksiya verəcək.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani söyləyib: Bu sanksiyaların qəbul olunması qarşı tərəfin öhdəliklərinin pozulması və Amerikanın etimadlı olmadığını, onun xəbisliyi və əhdinə əməl etməməsini göstərir.
"Amerikadan düşmənçilikdən başqa bir şey gözlənilmir" deyən Tehranın cümə namazı xitabətçisi əlavə edib: İran Amerikanın yalan danışan, əhdi pozan və vədinə əməl etməyən hökumətindən yorulub və onun hərəkətlərilə kəskin tərzdə rəftar edəcək.
O, sonra Mina faciəsində Ərəbistanın cinayətlərinin davam etməsinin yaddan çıxmayacağını bildirərək, belə qeyd edib: Mina faciəsi və səudların cinayətləri müxtəlif münasibətlərdə nəzərdən keçirilməlidir ki, Ali-Səudun həcc mərasiminin idarə olunmasındakı ləyaqətsizliyi əks etdirilmiş olsun.
Tehranın cümə namazı xitabətçisi həmçinin İraq və Suriyanın ordu və xalq qüvvələrinin İŞİD ilə mübarizədəki uğurlarına işarə edərək, deyib: Bu uğurlar səbəb oldu ki, məzlum və günahsız xalq bu terror qrupunun caynağından nicat tapmış olsun.
Ayətullah Movəhhedi Kermani sonda İran İslam Respublikası ordusunun azad sularda və İranın asayişi və təhlükəsizliyinin təmini istiqamətindəki qüdrətli iştirakını yüksək dəyərləndirib.