Dek 03, 2016 19:40 Asia/Baku
  • İran İslam Şurası Amerikanın birtərəfli sanksiyasına reaksiya verib

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: İran parlamenti ABŞ tərəfindən Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə bağlı beynəlxalq öhdəliklərini pozmasını cavabsız qoymayacaq.

İran parlamenti ABŞ Konqresinin İran əleyhinə sanksiyaların müddətinin uzadılmasına dair qərarına reaksiayda sabah Nüvə Anlaşmasından öncəki dövrdə nüvə fəaliyyətlərinə yenidən başlanması və Amerika məhsullarının boykot edilməsi üzrə İran hökumətinə müraciət məqsədilə üçoxunuşlu layihəni araşdıracaq.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi İRİB-ə verdiyi müsahibədə nüvə anlaşmasının pozulması qarşılığında İran hökumətinin qarşılıqlı addımı qanununa toxunaraq əlavə edib: İslam Şurası Məclisi İran hökumətinə ciddi şəkildə bu qanunu icra etməyi tapşıracaq.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: Amerikanın istənilən əhdinə xilaf çıxması və nüvə anlaşmasını pozması ilə mübarizə üçün İslam Respublikasında milli birlik çox yüksək səviyyədədir.

Brucerdi İran əleyhinə sanksiyaların müddətinin uzadılması üzrə ABŞ Konqresinin hərəkətinin səudiyyəli-sionist lobbidən qaynaqlandığını bildirib: Bu halda, yalnız Amerika şirkətləri zərər edəcəklər.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bu sanskiyaların təsirsiz olduğuna toxunaraq deyib: Nüvə anlaşması təkcə İran və ABŞ arasında anlaşma deyil, digər ölkələr də onu imzalayıblar və ona sadiqdirlər.

Teqlər