Dek 07, 2016 17:31 Asia/Baku
  • Prezident Ruhani Özbəkistanın yeni prezidentini təbrik edib
    Prezident Ruhani Özbəkistanın yeni prezidentini təbrik edib

İran İslam Respublikası prezidenti Özbəkistanın yeni prezidentinə ünvanladığı müraciətdə onu bu ölkə prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.

İRİB-nin Sərhədaşırı bölməsinin özbək radiosunun məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyevə müraciətində onu bu ölkə prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib və İranın Özbəkistan dövləti ilə əməkdaşlıqların genişləndirilməsinə hazır olduğunu qeyd edib. 

Özbəkistan prezident seçkiləri 4 dekabrda keçirildi və Şövkt Mirziyoyev 88,61% səslə Özbəkistan prezidenti seçildi. 

Teqlər