Dek 07, 2016 17:32 Asia/Baku
  • Avstriyanın böyük şirkətləri İranın neft-qaz layihələrinə investisiya yatırır
    Avstriyanın böyük şirkətləri İranın neft-qaz layihələrinə investisiya yatırır

Avstriyanın böyük şirkətləri İran İslam Respublikasının neft və qaz layihələrində investisiya yatırırlar.

İRNA-nın məlumatına görə, Avstriyanın böyük şirkətlərinin nümayəndələrindən ibarət bu ölkənin neft heyəti gələn həftənin əvvəllərində İranın neft və qaz layihələrində investisiya yatırmaq barədə danışıqlar aparmaq üçün Tehrana səfər edəcək. 

Bu səfərdə İran və Avstriyanın energetika komitəsində İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya və Avropa Energetika Strategiyası Mərkəzinin baş direktoru İoxen Penkerin rəhbərliyi ilə enerji sektorunda iki ölkənin əməkdaşlığı üzr yol xəritəsi araşdırılacaq. 

Yanacaq istehlakının yaxşılaşdırılması, neft-qaz layihələrində investisiya, kəşf və inkişaf, təlim, araşdırma və universitet üzrə əməkdaşlıq və Avropaya qaz ixracatı və ətraf mühitlə əlaqədar məsələlər iki tərəfin müzakirə obyekti olacaqdır. 

İranın Milli Neft Şirkəti və Avstriyanın OMV şirkəti bu il yazda Zaqrosun şərqi və Fars körfəzində duz qayalıqları ilə əlaqədar hidrokarbon gücün müştərək araşdırılması laihəsini imzalayıblar.

Avstriyanın İrandakı səfiri Fredrix Ştifet də ölkəsinin İranla iqtisadi əməkdaşlığa maraq göstərdiyini qeyd edərək yaxın gələcəkdə Avstriyanın ilk bankının İranda fəaliyyətə başlayacağını bildirib. 

Teqlər