Əli Laricani: İran ABŞ-ın yeni sanksiyalarına qarşı bir paket hazırlayıb
https://azeri.sahartv.ir/news/İran-i251117-Əli_laricani_İran_abŞ_ın_yeni_sanksiyalarına_qarşı_bir_paket_hazırlayıb
İranın İslami Şura Məclisinin sədri deyib: İran İslam Respublikası ABŞ-ın yeni sanksiyaları ilə qarşılaşmaq üçün araşdırılmış bir paket hazırlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2016 07:56 Asia/Baku
  • Əli Laricani: İran ABŞ-ın yeni sanksiyalarına qarşı bir paket hazırlayıb
    Əli Laricani: İran ABŞ-ın yeni sanksiyalarına qarşı bir paket hazırlayıb

İranın İslami Şura Məclisinin sədri deyib: İran İslam Respublikası ABŞ-ın yeni sanksiyaları ilə qarşılaşmaq üçün araşdırılmış bir paket hazırlayıb.

İRİB-nin verdiyi məlumata görə, İran parlamentinin sədri Əli Laricani dünən İranın şimalında yerləşən Qorqan şəhərində Amerikanın İrana qarşı yeni sanksiyaları barədə deyib: Bu mövzu İranın Ali Milli Təhlükəsizlik Şurasında eləcə də İranın Nüvə Şurasında müzakirə edildi, müəyyən qərarlar verilə və uyğun rəftarlar ediləcək. 

İranın İslami Şura Məclisinin sədri deyib: İranın nüvə müzakirələri ən çətin regional məsələləri beynəlxalq səviyyədə danışıq yolu ilə həll etməyin mümkünlüyünü göstərdi

Laricani deyib: Nüvə mövzusu dünyaya İranın diplomatiya və müzakirə tərəfdarı olduğunu göstərdi.