İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünə hazırlıq
https://azeri.sahartv.ir/news/İran-i251246-İran_rusiya_və_türkiyə_prezidentlərinin_görüşünə_hazırlıq
Kremlin sözçüsü İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti prezidentlərinin Suriya məsələsi ilə əlaqədar üçtərəfli görüşü üçün hazırlığın görüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2016 07:02 Asia/Baku
  • Dmitri Peskov
    Dmitri Peskov

Kremlin sözçüsü İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti prezidentlərinin Suriya məsələsi ilə əlaqədar üçtərəfli görüşü üçün hazırlığın görüldüyünü bildirib.

İRNA-nın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı günü bu müzakirələrin keçirilməsi zamanını və məkanını elan etmədən deyib: İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti prezidentləri Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdğanın görüşü tənzimlənməkdədir. 

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlu 27 dekabrda Moskvada görüşərək Suriya barədə müzakirə aparacaqlar. 

İran və Rusiya Suriya vəziyyəti və Amerikanın başçılığı ilə bir neçə qərb və ərəb ölkəsinin terror böhranı qarşısında Suriya hökumətini dəstəkləyir.