Dek 19, 2016 14:21 Asia/Baku
  • Taleh Bağırzadə və Abbas Hüseynov yenə “karsa” salınıblar
    Taleh Bağırzadə və Abbas Hüseynov yenə “karsa” salınıblar

Nardaran hadisələrinə görə həbsdə olan şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və bu qurumun üzvü Abbas Hüseynovun yaxınları onların Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında yenə cərimə kamerasına (“kars”a) salındıqlarını deyirlər.

Taleh Bağırovun yaxınları deyiblər ki, onların hər ikisi dekabrın 14-dən “kars”dadırlar.

İRİB-nin Bakı ofisinin verdiyi Məlumata əsasən, dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşananlar Taleh Bağırov və Abbas Hüseynovun cəzalandırılmasına səbəb olub. Həmin məhkəmə iclasında Taleh Bağırov məhkəmə salonunda özünü jurnalist kimi təqdim edib əyləşmiş şəxsin, əslində, polis olduğunu, xüsusi tapşırıqla bura göndərildiyini bildirib və onun çıxarılmasını tələb edib. Bu üzdən, Taleh Bağırovla arasında mübahisə doğduğundan, həmin şəxs məhkəmə salonunda hakimlərin yararlandığı qapıdan çıxarılıb.

İnsidentdən sonra hakim Taleh Bağırovun özünün də məhkəmədən uzaqlaşdırılmasına qərar verib. Abbas Hüseynov və digər təqsirləndirilən şəxslər buna etiraz ediblər, məhkəmə isə məhkəməndə sakitliyin bu iki şəxs tərəfindən pozulduğunu iddia edərək onların 5 gün müddətinə karsa salınmalarına qərar verib. 

Taleh Bağırov və Abbas Hüseynov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı xüsusi təyinatlı qüvvələrin Bibi Həkimə ziyarətgahının yaxınlığındakı məscidə hücumu zamanı həbs olunublar.

Azərbaycan Respublikası təhlükəsizlik və polis qüvvələrinin sözü gedən məsciddə əzadarlara hücumunda Müsəlman Birliyi Hərəkatının sədri, tanınmış ruhani Tale Bağırzadə ilə bərabər onlarla mömin də həbs edildi. Hacı Tale Bağırzadə Azərbaycanda hicaba qadağaya etiraz etdiyinə görə 2011-ci ildə həbs edildi və il yarım həbsdən sonra azadlığa buraxıldı. 

Teqlər