Zərif Rusiyanın Türkiyədəki səfirinin terrorunu pisləyib
https://azeri.sahartv.ir/news/İran-i252005-zərif_rusiyanın_türkiyədəki_səfirinin_terrorunu_pisləyib
İranın xarici işlər naziri Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 13:09 Asia/Baku

İranın xarici işlər naziri Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyib.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Moskva hava limanında müxbirlərlə deyib: İran Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini qətiyyətlə pisləyir və bu hadisə terrorizmin çirkin simasının nişanəsidir.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünən axşam Ankarada keçirilən foto sərgilərindən birindən baxış keçirərkən Türkiyənin təhlükəsizlik başçılarının dediklərinə görə, bu şəhərin polis qüvvələrindən olan silahlı bir şəxsin atəş açması nəticəsində öldürüldü.

Bu gün İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqan ilə yanaşı öz rus və türk həmkarları ilə müzakirə məqsədilə Moskvaya daxil olmuş Məhəmməd Cavad Zərif bu səfərin hədəfləri haqda belə deyib: İki və üç tərəfli görüşlərdə regional məsələlər, Suriya hadisələri və ciddi surətdə terrorizm fenomeni qarşısında daha artıq anlaşmanın zərurəti araşdırılacaq.