İran və Rusiyanın müdafiə nazirləri Hələb məsələsi barədə danışıblar
-
İran və Rusiyanın müdafiə nazirləri
İran və Rusiyanın müdafiə nazirləri Suriya böhranının həllini vurğulayıblar.
Əlaləm telekanalının məlumatına görə, Moskvaya daxil olmuş İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan Rusiyanın müdafiə naziri general Sergey Şoyqu ilə görüşüb və onunla ikitərəfli, regional və beynəlxalq məsələlər barədə danışıb.
Bu görüşdə tərəflər Suriya və Hələb şəhərinin durumu xüsusiyyət təşkil etməklə son region hadisələrini araşdırıb, onların ətrafında fikir mübadiləsi apararaq, regionda terrorizm və digər təhlükə amilləri ilə mübarizədə müştərək addımların davam etdirilməsi və lazımi koordinasiyaların yaradılmasını vurğulayıblar.
Ordu generalı Şoyqu bu görüşdə Rusiyanın İranla əlaqələri genişləndirmək üzrə əzmkarlığını vurğulayaraq, bildirib ki. Moskva hərbi sahələrdə Tehranla əməkdaşlıqların genişləndirilməsini istəyir.
Rusiyanın müdafiə naziri Tehran-Moskva əlaqələrinin yüksək səviyyəli qarşılıqlı siyasi etimada söykəndiyini bildirərək, deyib: İki ölkə müxtəlif region və dünya məsələlərində öz münasibətlərini koordinasiya etməyə hazırdır.