İran gəmiçiliyi ilə Qazaxıstan dəmiryolu arasında birgə şirkət yaradılır
-
İran gəmiçiliyi ilə Qazaxıstan dəmiryolu arasında birgə şirkət yaradılır
İran İslam Respublikasının gəmiçilik şirkəti və Qazaxıstanın dövlət dəmiyolu şirkəti birgə şirkətin təsisi barədə müqavilə imzalayıblar.
IRIB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Qazaxıstana səfəri kənarında bu gün İran İslam Respublikasının gəmiçilik şirkəti və Qazaxıstanın dövlət dəmiyolu şirkəti arasında birgə şirkətin təsisi barədə müqavilə imzalanıb. Bu sənəd iki şirkətin sərəncamçı müdirləri Mohəmməd Səidi ilə Dayas İskakov tərəfindən imzalanıb.
Bu müqavilə İran və Qazaxıstanda təchizatlar sahəsində investisiya, liman terminalının düzəldilməsi, həmçinin MDB ölkələri ilə İranın cənubundakı limanlar arasında tərkibli nəqliyyatın yaradılması, terminal məsələləri üzrə həmkarlıq və Xəzər dənizi hövzəsində dəniz nəqliyyatının asanlaşdırılması məqsədilə imzalanıbdır.
İran prezidenti dünən gecə Qazaxıstana daxil olub. İki ölkə rəsmiləri bu gün səhər iki ölkə prezidentlərinin qarşısında beş anlaşma sənədi və həmkarlıq razılaşması imzalayıblar.
Həmçinin Qazaxıstanda İran və Qazaxıstan fəallarının iqtisadi şurasının dördüncü iclası keçirilib. Məqsəd, iki ölkənin iş adamlarının gediş-gəlişləri və dəniz nəqliyyatı fəaliyyətlərinin asanlaşdırılmasıdır.