Tehranın cümə namazı xitabətçisi: Hələb qələbəsi terrorçuların himayədarlarını təcrid etdi
Tehranın cümə namazı xitabətçisi deyib: Müqavimətin qələbəsi və Suriyanın Hələb şəhərinin azad edilməsi terrorçuları və onların himayədarlarını təcrid etdi.
Höccətulislam vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində Suriyanın Hələb şəhərinin azad edilməsini təbrik edərək, deyib: Müqavimət cəbhəsinin Hələbdəki qələbəsi göstərdi ki, böyük və regiondan kənar qüdrətlər, eləcə də təkfirçilər özlərinin regional himayədarlarının neft pulları və dolları ilə xalq müqavimətinin qarşısında dayana bilmədilər.
Höccətulislam Seddiqi Hələb qələbəsini İslam quruluşunun qələbəsi adlandırıb və bildirib ki, Hələb bu gün hərəm müdafiəçiləri şəhidlərinin qanları bahasına azad edilibdir.
O, həmçinin Bəhreyn xalqının məzlumluğuna və dünyadakı söz azadlığı və insan haqları iddiaçılarının sükutuna toxunaraq, deyib: Bəhreynlilər yalnız öz fərdi hüquqları, söz və etiqad azadlığını istəyirlər, amma bu ölkəyə hakim kəsilmiş rejim nəinki bu tələbələrə məhəl qoymur, əksinə məscid və hüseyniyyələri dağıdır və onların böyüklərinin vətəndaşlıqlarını əllərindən alaraq, həbsə salıbdır.
Tehranın müvəqqəti imamcüməsi Bəhreynə hakim kəsilmiş rejimin cinayətləri qarşısında insan haqları iddiaçılarının susmalarını pisləyərək, belə qeyd edib: BMT-nin susması biabırçılıq və hətta bir dənə də olsun belə, azad və xalq seçkisinə malik olmayan bir rejimin hərəkətlərini əsaslandıran bir hərəkətdir.
Höccətulislam Seddiqi sonda Ərəbistan rejiminin Yəməndə törətdiyi qırğın və genosid üzrə cinayətlərinə toxunaraq, vurğulayıb: Səud rejimi müsəlmanların pulları ilə İslam ölkələrini məhv etmək ardıncadır, amma xalqın ayıqlığı və müqaviməti bu rejimin məhvinə səbəb olacaqdır.