Vəhhabilik və İŞİD; İslam dünyası ölkələrinin birliyi və müstəqilliyinin düşmənləri
İran İslam Respublikası Ali Baş Komandanının hərbi məsələlər üzrə ali müşaviri vəhhabilik və İŞİD və əl-Qaidə terror qruplaşmalarını islam birliyi və ölkələrin müstəqilliyinin düşmənləri adlandırıb.
İRNA-nın məlumatına görə, Ali Baş Komandanın hərbi məsələlər üzrə ali müşaviri ordu generalı Həsən Firuzabadi bir bəyanatda bildirib: Müsəlman xalqlar, xüsusilə də islam ölkələrindəki gənclər hazırda hər zamankından çox vəhhabilik, İŞİD və əl-Qaidənin əziz islam peyğəmbərinin (s.ə.s) yüksək amallarına qarşı məkrli planlarından ehtiyatlı olmalıdırlar.
Ordu generalı Firuzabadi bu bəyanatda bildirib: Əl-Qaidə də İŞİD kimi vəhhabilik firqəsinin törəməsidir. Bu fərqlə ki, ondan bir neçə il öncə Əfqanıstanda yaranıb və sonralar İraqda əl-Qaidənin nümayəndəsi formalaşıb və İŞİD-i yaradıb.
Ali Baş Komandanın hərbi məsələlər üzrə ali müşavirinin bəyanatında əlavə olunub: Suriyada günahsız və məzlum vətəndaşları qətlə yetirən Ən-Nüsrə Cəbhəsi və Əhraruş-Şam terrorçularının İŞİD-lə fərqi yoxdur. Onların yeganə fərqi özlərinə yeni ad seçmələridir.
Ordu generalı Firuzabadi bu bəyanatda təkfirçiləri dünya imperializmi və sionizmin muzdluları adlandırıb və bildirib: Hazırda dünya müsəlmanları Əfqanıstan, İraq, Liviya, Suriya və Yəmənin vəziyyətindən ibrət götürməklə düşmənlər qarşısında öz birliklərini gücləndirməlidirlər ki, həqiqi islam bəşəriyyətin bələdçisinə çevrilsin.