General Səlami: Hələbin azad edilməsi ilə ABŞ-ın siyasətləri nakam qaldı
-
General Səlami: Hələbin azad edilməsi ilə ABŞ-ın siyasətləri nakam qaldı
İran İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanının əvəzedicisi deyib: Amerikanın orta şərqin siyasi taleyinə yenidən daxil olmaq niyyəti Suriyanın şimalında Hələbin azad edilməsi ilə məhv oldu.
General-Leytenant Hüseyn Səlami dünən gecə İranın 1-ci telekanalına verdiyi müsahibədə deyib: ABŞ-ın Suriyadakı terrorçu qruplara dəstək verməkdə məqsədi Livan, İraq və sonra da İranda əmn-amansızlıq yaratmaq və beləliklədə orta şərqdə yeni quruluşu formalaşdırmaqdan ibarətdir.
General Səlami deyib: Hələbin azad edilməsi ilə Amerika başa düşdü ki, artıq regionu idarə etməyə qadir deyil və onun eləcə də Səudiyyə rejimi və sionist rejimin siyasətləri məğlubiyyətə uğrayıb.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanının əvəzedicisi deyib: Livan Hizbullahı artıq regional gücə çevrilib və Hizbullahın Suriyada terrorçulara qarşı döyüşləri müqavimət cəbhəsinin bütün regionda çiçəklənməsi deməkdir.
General Səlami Suriya ordusu və müqavimət cəbhəsinin dözümlülüyünü Hələbdə terrorçuların mühasirəyə alınaraq sonda təslim olmalarında ən əsas amil hesab edərək deyib: Terrorçu qrupların altı il müddətində Suriyada törətdikləri cinayətlərdə onların himayədarlarının izi tam bəllidir. Bəzi region rejimləri regiona istila rövyasını yaşayırlar amma acizdirlər.
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı dekabrın 22-də bir bəyanat yayaraq Hələb şəhərinin tamamiylə terrorçulardan azad edildiyini bildirdi.