Dek 25, 2016 13:04 Asia/Baku
  • Ordu və Sepahın müştərək təlimləri başlanılır

İran İslam Respublikası ordusunun Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının komandanı deyib: Ordu və ilsam inqilabının kşikçiləri korpusunun " Səmanın müdafiəçiləri-Vilayət-2" adı altında müştərək hərbi təlimlərinə sabah İranın cənub bölgələrində start veriləcək.

General-Leytenant Fərzad İsmaili bu gün müxbirlərə verdiyi açıqlamada bu xəbəri verərək deyib: Bu hərbi təlimləri 496 km ərazidə 5 gün müddətinə keçiriləcək və İranın Oman dənizi və Fars körfəzindəki üç adasındakı hava və su sərhədlərini əhatə edəcək. 

General-Leytenant İsmaili deyib: İslam inqilabının keşikçiləri korpusunun havadan müdafiə bölmələri, dəniz qoşunlarının əməliyyata nəzarət bölmələri, aeronevtika qüvvələri, İran İslam Respublikası ordusu və Sepahın hava qüvvələri, arteleriya və müşahidə bölmələri ilə birlikdə bu hərbi təlimlərdə iştirak edəcəklər. 

İran İslam Respublikası ordusunun Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının komandanı deyib: Səmanın müdafiəçiləri"Vilayət-7" hərbi təlimlərinin keçirildiyi müddətdə ordunun hava qoşunlarının hərbi təyyarələri, o sıradan da F-4 hərbi təyyarələri iştirak edəcəklər. 

Teqlər