İrandan Azərbaycana qaz ixracı artırılır
-
İrandan Azərbaycana qaz ixracı artırılır
İranın 8-ci qaz nəqli məntəqəsinin səhiyyə, təhlükəsizlik, ekologiya və mühafizə idarəsinin rəisi Astaradan Azərbaycana qaz nəqlinin artmasından xəbər verib.
İRNA-nın məlumatına görə, Fərhad Qədimi bazar günü Astarada jurnalistlər qarşısında deyib: Hazırda gün ərzində 5 milyon kub metr qaz Astara Qaz İxracı Stansiyası vasitəsi ilə Azərbaycana nəql edilir və əldə edilmiş razılığa əsasən bu rəqəm 20-25 milyon kub metrə kimi artırılacaq.
Qədimi həmçinin deyib: İranın İraq, Türkiyə, Azərbaycan, Ermənistan və Naxçıvan ilə müştərək sərhədlərə malik olmasını nəzərə alaraq, qaz ixracı İran üçün valyuta gəlirlərinin əldə edilməsində önəmli rol oynayır.
O həmçinin deyib: Gündəlik olaraq Bazərqan stansiyasından Türkiyəyə 20-30 milyon kub metr qaz ixrac edilir. Culfa stansiyası vasitəsi ilə Naxçıvana gün ərzində 700 000 kub metrdən 1 milyon kub metrə kimi qaz ixrac edilir. Və Nurdüz stansiyası vasitəsi ilə Ermənistana 2 milyon kub metr qaz ixrac edilir.
İranın 8-ci Qaz İxracı Məntəqəsi Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Kürdüstan, Gilan və Ərdəbil ostanlarını əhatə edir.