Məşhəd İslam ölkələri qadınlarının ənənəvi xalq oyunları olimpiya yarışlarına ev sahibliyi edəcək
Dek 27, 2016 10:03 Asia/Baku
İslam ölkələri qadınlarının ənənəvi xalq oyunları olimpiyası 2017-ci ildə Məşhəd şəhərində baş tutacaq mühüm hadisələrdən biridir.
İRİB-nin verdiyi məlumata görə, Rəzəvi Xorasanı ostanı üzrə İdman və Gənclər Baş İdarəsinin müdiri Kuruş Səburiyandeyib: Bu olimpiya oyunları 12 fevral 2017-ci il tarixində 6 İslam ölkəsindən gələcək qadın idmançıların iştirakı ilə start götürəcək.
Kuruş Səburiyan əlavə edib: Məşhəd şəhərinin 2017-ci il üçün İslam Dünyasının mədəniyyət paytaxtı seçilməsi Məşhəd şəhərinin dünyaya tanıtdırılması üşün tarixi fürsət sayılır.
İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) Məşhəd şəhərini 2017-ci il üçün İslam Dünyasının mədəniyyət paytaxtı elan edib.