Yan 02, 2017 10:17 Asia/Baku
  • Laricani: İran müqavimət meydanında Suriyanın yanındadır
    Laricani: İran müqavimət meydanında Suriyanın yanındadır

İran İslam Şurası Məclisinin sədri Suriya xarici işlər naziri ilə görüşdə bildirib: Tehran müqavimət meydanında və müxtəlif siyasi səhnələrdə həmişə Suriya xalqının yanında olmuşdur və gələcəkdə də öz dəstəklərini davam etdirəcək.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Tehranda Suriya xarici işlər naziri Vəlid Müəllimi qəbul edib. Hələb şəhərinin azad olunması və terrorçularla mübarizədə Suriya dövləti, ordusu və xalqının qələbələri münasibəti ilə təbrik edən Laricani deyib: Hal-hazırda stabillik və təhlükəsizliyin Suriyaya qayıtması üçün yaxşı şərait yaranıb. 

Suriya sülh müzakirələrinin əhəmiyyətini qeyd edən Laricani deyib: İran, Suriya və Rusiya proqramla və birliklə bu istiqamətdə önəmli addımlar ata bilərlər. 

İran İslam Şurası Məclisinin sədri Astana iclasını önəmli qiymətləndirərək onu Suriyada davamlı sülh və siyasi həll yolunun tapılması üçün addım adlandırıb. 

Suriya xarici işlər naziri Vəlid Müəllim də bu görüşdə bu ölkədə müqavimət mehvərinin qələbələrinə toxunaraq deyib: Hələb qələbəsi terrorizmlə mübarizədə bu mehvərin əhəmiyyəti və əzəmətini əks etdirdi. 

Müəllim regionda Tehranın önəmli rolu və mövqeyinə toxunaraq İran və Rusiyanın terrorizmlə mübarizə istiqamətində Suriya dövləti və xalqına dəstəyini alqışlayıb və bu sahədə əlavə əməkdaşlıq və koordinasiyanın vacibliyini qeyd edib. 

Teqlər