Yan 02, 2017 21:16 Asia/Baku
  • Qasimi: Ümidvarıq Türkmənistanla qaz barədə razılığa gələk
    Qasimi: Ümidvarıq Türkmənistanla qaz barədə razılığa gələk

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İki tərəfin sərhəd bölgələrinin qazı barəsində Türkmənistanla razılığa gələcəyimizə ümidvarıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərlə keçirdiyi mətbuat konfransında İran və Türkmənistanın qaz problemi barəsində xatırladıb: bu texniki və maliyyə məsələsidir. Türkmənqaz Şirkəti və İranın Milli Qaz Şirkəti bu barədə lazımi razılığa gəlməlidir.

O deyib: Ümidvaram, iki tərəfin sərhəd bölgələri formatında və bütün hüquqları bizə aid olan və türkmən tərəfinin qəbul etməli olduğu formada əməkdaşlıqlar davam etsin və nəticə versin.

Qasimi İranın Suriyada atəşkəsin bərqərar olunmasındakı rolu barədə deyib: Moskvada baş tutan üçtərəfli iclasın önəmli nəticələri vardı. Bu nəticələrdən biri Suriyada əsaslı rola malik olan üç önəmli ölkənin iştirakı və koordinasiyası idi.

İranın əvvəldən Suriya böhranının həll yolunun yalnız siyasi yol olduğuna inandığını və hələ də həmin mövqedə olduğunu bildirən Qasiminin sözlərinə görə, Suriya böhranının yekun həll yolu diplomatik həll yoludur.

Teqlər