Yan 05, 2017 13:34 Asia/Baku
  • İranlı güləşçi 74 kiloqram çəki dərəcəsi siyahısında öndə durub
    İranlı güləşçi 74 kiloqram çəki dərəcəsi siyahısında öndə durub

İranlı güləşçi Həsən Yəzdani 2016-cı ilin sonunda dünyanın sərbəst güləş üzrə ən güclü güləşçiləri siyahısında qərar tapıb.

İranın Güləş Federasiyasının İctimai Əlaqələr Şöbəsinin məlumatına görə, Dünya Güləş Federasiyası tərəfindən yayılmış 2016-cı ilin sonunda dünyanın sərbəst güləş üzrə ən güclü güləşçiləri siyahısında 2016-cı il Braziliya Olimpiya Oyunlarının çempionu Həsən Yəzdani 74 kiloqram çəki dərəcəsində öndə durub.

Bu məlumata görə, İranın digər güləşçisi-Braziliya Olimpiya Oyunlarının gümüş medalçısı Komeyl Qasemi isə 125 kiloqram çəki dərəcəsində ikinci olub.

Qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq yarışların bürünc medalçısı Mustafa Hüseynxani isə 70 kiloqram çəki dərəcəsində üçüncü yerdə qərar tapıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı sərbəst güləşçi, Braziliya Olimpiya Oyunlarının bürünc medalçısı Həsən Rəhimi də öz çəki dərəcəsində 4-cü olubdur.

 

Teqlər