Brucerdi: Hələb qələbəsi Suriya xalqının iradəsi və müqavimətin qələbə simvoludur
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: Terrorçular Suriyanı tərk etməlidirlər və Hələb qələbəsi bunun başlanğıc mərhələsidir.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi cümə axşamı İran İslam Şurası Məclisi heyətinin Dəməşqə olan 2 günlük səfərinin sonunda deyib: İran İslam Respublikası Suriyanın müstəqilliyi, milli hakimiyyəti, ərazi bütövlüyü və xalq tərəfindən seçilmiş hakimiyyətini himayə edir.
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Hələb qələbəsini Suriya xalqının iradəsi və müqavimətin qələbə simvolu adlandırıb və deyib: İran Suriya dövlətinin icazəsi və istəyi olmadan bu ölkədə istənilən xarici qüvvənin iştirakını pisləyir və bunu beynəlxalq qanunlar əsasında təcavüzkarlıq hesab edir.
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək iclasın Suriya böhranı üçün siyasi həll yolunun tapılmasında Suriya - Suriya müzakirələri formatı çərçivəsində atılan mühüm addım adlandırıb və deyib: Tehran siyasi həll yolunu himayə edir və Suriya - Suriya müzakirə formatı Suriya böhranı üçün ən yaxşı həll yolu sayılır.
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi həmçinin, İranın Suriya dövlətinə ön şərtlərin təyin edilməsi ilə müxalif olduğunu vurğulayıb və deyib: Suriyalıların özləri öz ölkələrinin gələcəyi üçün qərar qəbul etməlidirlər.
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Suriyanı sionist rejim ilə mübarizənin ön cəbhəsi adlandırıb və deyib: Amerika sionist rejim ilə ahəngdar şəkildə minlərlə terrorçunu müxtəlif ölkələrdən Suriyaya göndərərək, müqavimət cəbhəsinə zərbə vurmağa çalışıb.
İran İslam Şurası Məclisinin nümayəndə heyəti Suriyaya olan 2 günlük səfər çərçivəsində bu ölkə prezidenti, baş naziri, xarici işlər naziri, vəqflər naziri və Suriyanın baş müftisi ilə görüşüb, danışıqlar aparıb.
İran İslam Şurası Məclisinin nümayəndə heyəti cümə axşamı Suriyanı Livan istiqamətində tərk edib.