İran Livan ordusunu silahlandırmağa hazırdır
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: İran Livan ordusunu silahlandırmağa hazırdır.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi və onu müşayiət edən İran İslam Şurası Məclisinin nümayəndə heyəti dünən gecə Suriyadan Livana səfər etdikdən sonra, Beyrutun Cənubi Zahiyə məntəqəsində müqavimət şəhidlərinin məzarı üstə olaraq, onlara öz ehtiramlarını bəyan ediblər.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi bu mərasimin ardınca jurnalistlər qarşısında verdiyi açıqlamada Livanın sabiq müdafiə naziri Səmir Muqbilin silah işi ilə bağlı İrana olan səfərinə işarə edərək, deyib: İranın Livan ordusuna silah dəstəyi verməsi ilə bağlı yekun qərar İran hökuməti tərəfindən çıxarılmalıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Livanda yeni prezidentin seçilməsi ilə əlaqədar yaranan boşluğun öz həllini tapmasını müsbət qarşılayıb və deyib: Bu gün İran və Livan arasında ikitərəfli əlaqələrin o cümlədən siyasi və iqtisadi əməkdaşlıqların genişləndirilməsi üçün keçmişdə olduğundan daha yaxşı fürsət yaranıb.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi daha sonra Livan Hizbullahının Suriyada olmasına və bu ölkə ordusuna terrorçular ilə mübarizədə dəstək verməsinə işarə edərək, deyib: Hamı yaxşı bilir ki, İran, Rusiya və Livan Hizbullahı Suriya dövlətinin istəyi və dəvəti əsasında Suriyanın ərazi bütövlüyü və hakimiyyət haqqını müdafiə etmək üçün bu ölkədədirlər.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Livanın müqavimət şəhidlərinin xatirəsini anaraq, deyib: Onlar öz həyatlarını fəda edərək, müqavimətin dayaqlarını daha da möhkəmləndirmiş olublar və Livana, İslam Ümmətinə izzət bəxş ediblər.
İran İslam Şurası Məclisinin nümayəndə heyəti Livanda olduğu müddətdə bu ölkə prezidenti Mişel Ovn, parlament sədri Nəbih Berri və baş nazir Səid Həriri ilə görüşüb, danışıqlar aparmalıdır.
İranın parlament heyəti daha öncə Suriyada olaraq bu ölkə prezidenti, baş naziri, xarici işlər naziri, parlament sədri və digər dövlət rəsmiləri ilə görüşüb, danışıqlar aparmışdı.