Ayətullah Rəfsəncani yüksək mələkuta qovuşdu
İran İslam Respublikasının quruluşun məsləhət şurasının sədri Ayətullah Haşimi Rəfsəncani ömrünü islam və inqilabın yüksəlişinə sərf edərək nəhayət yüksək mələkuta qovuşdu.
Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam çağı ürək infarktı keçirib və həkimlərin səyləri nəticəsiz qalıb.
Haşimi Rəfsəncani gənc yaşında dini seminariyada dini elmlərin təhsilinə başladı və müctehidlik dərəcəsinə nail oldu.
Ayətullah Haşimi Rəfsəncani 1337-ci hicri qəməri ilindən İranda islam inqilabının əzəmətli qələbəsinədək bütün mübarizə səhnələrində gözə çarpacaq iştiraka malik idi və 1337-ci hicri şəmsi ilindən (1958) 1357-ci ilədək(1979) təkrar həbslərə məruz qalması onun İmam Xomeyninin(r.ə) rəhbərliyi ilə islami hərəkatın davamındakı əzmkarlığına heç cür xələl gətirə bilmədi.
Ayətullah Haşimi Rəfsəncani islam inqilabının qələbəsindən sonra İran İslam Respublikasının prezidenti, Rəhbəri təyin edən Xobreqan Məclisinin sədri, İslami Şura Məclisinin sədri , Silahlı Qüvvələrin Baş Komandanının əvəzi, Ali Müdafiə Şurasının sədri və Quruluşun Məsləhət Şurasının sədri vəzifələrində fəaliyyət göstərdi.