Yan 10, 2017 19:32 Asia/Baku
  • Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici KİV-də geniş işıqlandırılıb
    Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici KİV-də geniş işıqlandırılıb

Xarici Kütləvi İnformasiya Vasitələri tərəfindən Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi geniş işıqlandırılıb.

Təsnim-in verdiyi məlumata görə, İranın keçmiş prezidenti Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi beynəlxalq və regional  KİV-də geniş işıqlandırılıb.

Əlcədid: Tehranda İranın keçmiş prezidentinin dəfn mərasimi keçirilib. 

Əl-Cədid telekanalı digər xarici KİV-lər kimi Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimini əks etdirərək bildirib: On minlərlə əhali Tehran universitetində İranın keçmiş prezidenti Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi mərasimində iştirak edib, mərhumun cənazəsinə İran rəhbəri Ayətullah Xamenei namaz qılıb. 

Röyters: İran keçmiş prezidentlə vəhdət nümayiş etdirərək vidalaşdı.

Röyters agentliyi Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimini əks etdirərək yazıb: İran tam vəhdət içində keçmiş prezident ilə vidalaşdı. 

Əl-Cəzirə : Bütün Tehran Ayətullah Haşimi Rəfsəncaninin vəfatına görə qaraya bürünmüşdür

Əl-Cəzirə telekanalı bildirib: On minlərlə insan İran rəhbəri ilə birlikdə Tehran universitetinə toplaşaraq keçmiş prezident Ayətullah Haşimi Rəfsəncaninin cənazəsini müşayiət mərasimini həyata keçirdi. 

AseoşieytedPress: İran rəhbəri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə namaz qıldı.

AseoşieytedPress yazıb: Yüz minlərlə əhali 82 yaşında vəfat edən Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi olunduğu ərazilərə axışdı.

Frans 24: Minlərlə adam Haşimi Rəfsəncaninin cənazəsini müşayiət etdi.

 Frans 24 telekanalı Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi mərasimini yayımlayaraq yazıb: Minlərlə adam Tehran universitetinə toplaşaraq İranın keçmiş prezidentinin cənazəsini təşyi mərasimində iştirak edib. 

Teqlər