Ərdoğan Ruhaniyə başsağlığı verib
-
Ərdoğan Ruhaniyə başsağlığı verib
İran və Türkiyə prezidentləri Tehran-Ankara-Moskva əməkdaşlıqlarının regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasındakı rolunun önəmli olduğunu vurğulayıblar.
İran İslam Respublikasının prezidenti Türkiyə prezientinin telefon vasitəsi ilə başsağlığı müraciətində deyib: Türkiyə dövləti və xalqının həmdərdliyini bildirməsi göstərir ki, biz iki qonşu və müsəlman dövlətik və sevinc və kədərlərimizi bölüşürük, böyük kədərlər vaxtı biri-birimizə təsəlli vermək isə islam dininin gözəl ənənələrindən biridir.
Həsən Ruhani dünən Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Türkiyə dövləti və xalqının Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı müraciətini yüksək qiymətləndirərək deyib: Mərhum Ayətullah Haşimi Rəfsəncani İranın digər müsəlman və qonşu ölkələr, xüsusilə də Türkiyə ilə dost əlaqələrinin möhkəmləndirilməsini vurğulayan siyasətçilər sırasında idi. Ruhani Türkiyədə baş verən son terror aktlarında mülkinin həlak olması ilə əlaqədar Türkiyə prezidentinə qarşılıqlı olaraq başsağlığı verərək deyib: Türkiyə və İran dövlətlərinin əməkdaşlığı ilə terrorizmə son qoyacağımıza, region xalqının sakitliyinə şərait yaranacağına ümid edirəm.
Ruhani iki ölkə əməkdaşlıqlarının regionun uzunmüddətli mənafeyi naminə daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: İran İslam Respublikası regionda sülhün bərqərar olunmsı üçün Ankara-Tehran-Moskva əməkdaşlıqlarından razıdır.
İran prezidenti Suriyada atəşkəs rejimindən razı qaldığını bildirərək deyib: Hamı bu atəşkəsin davam etməsinə çalışmalıdır və heç şübhəsiz ki, regionda sülh və sabitliyin yaradılması üçün Ankara-Moskva-Tehran əməkdaşlıqları böyük əhəmiyyətə malikdir.
Ruhani Suriya mövzusunda gözlənilən Astana müzakirələrinə toxunaraq İranın regionda bütün terrorçu qruplarla mübarizəni qarşıya məqsəd qoyduğunu bildirərək deyib: İran və Türkiyə arasındakı əməkdaşlıqlar nəticəsində yaxın zamanda Suriya və regionda nisbi sabitliyin şahidi olacağımıza ümid edirik.
İİR prezidenti regiondakı bütün terrorçu qrupların iki ölkənin müştərək düşmənləri olduğunu vurğulayaraq deyib: Ümid edirik ki, birgə əməkdaşlıqlar yolu ilə qarşılıqlı əlaqələrin daha da genişlənməsinin və regionun əsas problemlərinin birgə həll edilməsinin şahidi olacağıq.
Telefon əlaqəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi ilə bağlı İran xalqı və dövlətinə başsağlığı verərək deyib: Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi hamımızı kədərləndirdi. O böyük insan və hörmətə layiq siyasətçi idi və regionda sülh, sabitlik və asayişin təmininə, Tehran ilə Ankara arasında möhkəm əlaqələrin təməlinin qoyulmasında böyük əmək sərf etdi.
Türkiyə prezidenti ölkəsinin bütün sahələrdə İİR ilə əməkdaşlıqların inkişafında qərarlı olduğunu bildirərək deyib: İki ölkənin möhkəm əlaqələri region problemlərinin həlli üçün son dərəcə təsirlidir və Türkiyə dövləti qarşılıqlı və regional səviyyədə müzakirələrin davam etdirilməsinə təkid edir.
Ərdoğan müştərək əməkdaşlıq yolu ilə regiondakı terrorçu qrupların məhv edilməsini vurğulayaraq deyib: İran və Türkiyə regionda çox ağır məsuliyyətə malikdirlər və regiondakı böhranların məhdudlaşdırılması üçün birgə əməkdaşlıqlarını daha da gücləndirməlidirlər.
Türkiyə prezidenti Suriyada atəşkəsin bərqərar olunması və Qazaxıstan paytaxtı Astanada gözlənilən müzakirələrə toxunaraq deyib: Hamımız Suriyada atəşkəsin təməllərinin möhkəmlənməsinə çalışmalıyıq.