Yan 15, 2017 15:03 Asia/Baku
  • Almaniya polis rəisi narkotik maddələrlə mübarizədə İran polisinin strategiyasını alqışladı

Almaniyanın federal polis rəisi deyib: Avropa və digər ölkələrin sərhədlərinə doğru narkotik maddələrin tranziti ilə İran polisinin qətiyyətli mübarizə strategiyası İran polisinin layiqli xidməti ilə alman gənclərinin qorunmasına səbəb olub.

İRNA-nın məlumatına görə, Almaniya federal polis rəisi Diter Romen bazar günü İranın hüquq-mühafizə orqanlarının komandanı mayor Hüseyn Əştəri ilə Tehranda görüşdə deyib: Almaniya təhlükəsizlik sahəsində, xüsusilə də sərhədçilik sahəsində İran polisinin təcrübələrindən istifadə edir və sərhədlərin təhlükəsizliyi və mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsi ardıncadır.

Diter Romen İran və Əfqanıstanın müştərək sərhədləri və şərq və cənub-şərq sərhədlərində olduğuna toxunaraq deyib: İran polisi sərhədlərdə təhlükəsizliyin bərqərar olunması, xüsusilə də İran və Əfqanıstan sərhədlərində qeyri-qanuni miqrantlıq və narkotik maddələrlə mübarizə sahəsində çoxlu təcrübələr qazanmışdır.

Almaniyanın federal polis rəisi həmçinin İranın hüquq mühafizə orqanları komandanını Almaniyaya dəvət edərək deyib: Almaniya polisi İran İslam Respublikası ilə gəmilərin mühafizəsi təlimi sahəsində əməkdaşlıq etməyə hazırdır.

Mayor Hüseyn Əştəri də bu görüşdə deyib: İran İslam Respublikası polisi mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorizmlə mübarizə sahəsində informasiya və təcrübələrin mübadiləsi ilə əlaqədar Almaniya polisi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Mayor Əştəri əlavə edib: Dünyanın bir çox ölkəsinin nəhs terrorizm fenomeni, kiber cinayətlər, narkotik maddələrin istehsalı və qaçaqçılığı və insan alveri ilə üzləşdiyi bir hald, İran polisi sübut edib ki, var-gücü və imkanları ilə onların qarşısında qətiyyətlə dayanmışdır və dünya ölkələri gənclərini mühafizə etmək üçün mübarizə aparır.

Teqlər