Laricani: İran Qərbin insan haqları hücumlarından qorxmur
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komitəsinin katibi deyib ki, İran İslam Respublikası Qərbin insan haqları hücumlarından qorxmur.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komitəsinin katibi Məhəmməd Cavad Laricani bu gün Tehranda İnsan Haqları Qərargahının Milli Koordinasiya Komitəsinin 53-cü iclasının kənarında qərblilərin İrana qarşı insan haqları hücumları barədə belə əlavə edib: İnsan haqları hücumları İran İslam Respublikasının yarandığı ilk gündən başlanıb və qərblilər İran xalqına qarşı müxtəlif qətnamələr qəbul ediblər.
Laricani vurğulayıb ki, İran İslam Respublikası islami təfəkkür əsasında çoxcəhətli bir demokratiya və tam siyasi və hüquqi bir sistemin əsasını qoyubdur. O, deyib: Bu gün İran İslam Respublikası heç bir müqayisə həddi olmadan Asiyanın qərbində ən böyük demokratiyadır.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komitəsinin katibi insan haqlarını müasir dünyada və bəşəriyyətdə ən məzlum şüar adlandırıb və belə deyib: Təbiidir ki, İran İslam Respublikası quruluşu Qərb ölkələri üçün baha başa gəlibdir. Onlar gözləmirdilər ki, bu, uğurlu bir təcrübə olacaq və Qərb sekularizm və liberalizm adları altında regionda hökumətlik edəcək diktarorların ardıncadır.
Laricani insan haqlarının İran İslam Respublikası üçün bir bayraq olacağını bildirərək, deyib: İran İslam Respublikası zülm etmək və zülm qəbul etməklə müxalif olaraq, məzlum insanların hüquqlarının müdafiəçisidir.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komitəsinin katibi həmçinin Bəhreynin hazırkı şəraiti barədə belə əlavə edib: Bəhreyndə baş verənlər insan faciəsi və bəşəriyyətə qarşı cinayətlərdir.