Zərif: İran ABŞ-ın Suriya sülh müzakirələrində iştirakı ilə müxalifdir
İran İslam Respublikasının xarici işlər naziri ABŞ nümayəndə heyətinin Qazaxıstanın Astana şəhərində keçiriləcək Suriya sülh müzakirələrində iştirakı ilə müxalifət edib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Təsnim xəbər agentliyi ilə müsahibədə Tehranın Amerikanın Qazaxıstanın Astana şəhərində keçiriləcək Suriya sülh müzakirələrində ehtimal olunan iştirakı ilə bağlı mövqeyi barədə bildirib ki, İran amerikalıları dəvət etməyib və onların Suriya sülh müzakirələrində iştirakı ilə müxalifdir.
Bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən müxbirlər qarşısında belə demişdi: Məncə, Amerikanın seçilmiş prezidenti Donald Trampın dövlətinin Astana şəhərində keçiriləcək Suriya sülh müzakirələrində iştiraka dəvət olunması düzgün addım olmuş olar.
Belə bir halda, Məhəmməd Cavad Zərif və Sergey Lavrov bazar ertəsi günü Suriyanın son durumu və öncəki dövrlərlə müqayisədə daha çox stabilliyə malik olan bu ölkədəki atəşkəs barədə telefonla söhbət ediblər.
İran, Rusiya və Türkiyənin vasitəçiliyi ilə müxaliflər və silahlı şəxslərlə Suriya hökuməti arasında Suriya sülh müzakirələri yanvarın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməlidir.
Suriya sülh müzakirələri terrorçuların, eləcə də Amerika, Ərəbistan və Türkiyə daxil olmaqla onların himayədarlarının Suriyanın Hələb şəhərindəki strateji məğlubiyyətlərindən və Suriyada ümumölkə atəşkəsinin qəbul olunmasından sonra keçiriləcək.