AB 10 İran şirkətinin adını sanksiya siyahısından çıxarıb
https://azeri.sahartv.ir/news/İran-i256939-ab_10_İran_şirkətinin_adını_sanksiya_siyahısından_çıxarıb
Nüvə sazişinin icrasından bir il sonra Avropa Birliyi Şurasının qərarlarında dəyişiklik və Avropa məhkəməsinin rəyi ilə 10 İran şirkətinə qarşı sanksiyalar ləğv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2017 06:27 Asia/Baku
  • AB 10 İran şirkətinin adını sanksiya siyahısından çıxarıb
    AB 10 İran şirkətinin adını sanksiya siyahısından çıxarıb

Nüvə sazişinin icrasından bir il sonra Avropa Birliyi Şurasının qərarlarında dəyişiklik və Avropa məhkəməsinin rəyi ilə 10 İran şirkətinə qarşı sanksiyalar ləğv edilib.

Həmçinin sanksiya siyahısına daxil olan bir İran vətəndaşının adının da bu siyahıdan çıxarıldığı bildirilib. 

Avropanın sanksiya sihahısından silinən İran şirkətlərindən biri, neft sənayesi işçilərinin təqaüd fondunun investisiya şirkəti olmuşdur. 

İİR-in Londondakı səfirliyi bildirib ki, sanksiyaların ləğv edilməsi ilə, bu şirkətin geniş potensiallarından ölkənin neft sənayesinin yüksəldilməsində istifadə ediləcək.