Yan 19, 2017 10:16 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikasının xarici işlər naziri deyib: Hamı başa düşməlidir ki, Suriya mövzusunun hərbi həll yolu yoxdur.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif dünən Davosda dünya iqtisadi forumunda, Astanada Suriya mövzusunda keçiriləcək iclas barədə deyib: Astana iclasındakı iştirakından asılı olmayaraq bütün ölkələr bu sahədə rəqabətdən çəkinməli, qan tökülməsinə son qoymaq və suriyalılar arasında dialoq qurmaq üçün səy göstərməlidirlər. 

Zərif İranın regionda sabitlik və sakitliyin tərəfdarı olduğunu vurğulayaraq deyib: İran, Rusiya və Türkiyəni Suriya faciəsinə son qoymaq üçün bir yol tapmaq məqsədi ilə bir araya gətirən amil bundan ibarətdir ki, terrorizmin hüdudları bəlli deyil və kimsə ifratçılığa dəstək verməklə hətta qısaca da olsa xeyir götürə bilməz. 

İranın XİN başçısı Səudiyyə Ərəbistanının regiondakı siyasətlərindən gileylənərək deyib: Ərəbistandan əsassız sözlər eşidildi, halbuki iki ölkənin biri-birinə qarşı düşmənçilik siyasəti yürütməsinin heç bir səbəbi yoxdur və onlar regionun gələcək stabilliyi üçün əməkdaşlıq edə bilərlər. 

İran İslam Respublikasının xarici işlər naziri İranın digər ölkələrlə əlaqələri barədə deyib: Vaşinqtonla siyasi ixtilaflara baxmayaraq İran qapıları hətta Amerika ilə belə iqtisadi əlaqələr üçün açıqdır. 

Zərif deyib: İran İslam Respublikası Avropa Birliyi, qərbi Asiya, Yaponiya və Cənubi Koreya ilə əlaqələrin genişləndirilməsində maraqlıdır və Çinlə çoxşaxəli əməkdaşlıqlara malikdir. 

Teqlər