Yan 21, 2017 10:29 Asia/Baku
  • İran prezidenti Plaskoda hadisə yerində olub
    İran prezidenti Plaskoda hadisə yerində olub

İran İslam Respublikası prezidenti və bir qrup Nazirlər Kabinetinin üzvü Tehranda Plasko ticarət binasının hadisəsi yerində olublar.

Cümə axşamı günü səhər Tehranın Cümhuriye İslami prospektində Plasko Ticarət binasında yanğının baş verməsi və ardınca binanın uçması hadisəsi bir qrup vətəndaşın və yanğınsöndürmə əməkdaşının həlak olması və yaralanması ilə nəticələnib. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani hadisə yerində olaraq bu hadisədən təəssüflənib və uçqunlar altında qalanların çıxarılması üçün uçqunların təmizlənməsi əməliyyatının davam etdirilməsini vurğulayıb. 

Həsən Ruhani bu hadisədə dəyən ziyanların əvəzinin çıxılmasının vacibliyini qeyd edərək bildirib: Tehran və İranın digər bölgələrinin sıradan çıxmış tikinti strukturları yenilənməlidir. 

İndiyə qədər Plasko ticarət binası hadisəsində üç yanğınsöndürmə əməkdaşının cəsədi tapılıb və uçqunlar altından çıxarılıb. 

Bildirilib ki, dağılmış binanın uçqunları altında azı 20 yanğınsöndürmə əməkdaşı qalıb. 

Bu hadisə ardınca İran Nazirlər Kabineti şənbə gününü matəm elan edib. 

Teqlər