Qəhrəman yanğınsöndürənlər və ailələrinin əməyi layiqincə qiymətləndirilməlidir
-
Qəhrəman yanğınsöndürənlər və ailələrinin əməyi layiqincə qiymətləndirilməlidir
İran İslam Respublikasının prezidenti Plasko binası hadisəsindən sonra yardım əməliyyatlarında əməyi olan hər kəsə öz təşəkkürünü bildirərək deyib: Bu hadisənin emosional cəhətdən ağırlaşdıran, öz canlarını başqalarının canı və malının müdafiəsi uğrunda fəda edən qəhrəman yanğınsöndürənlərin canlarını itirmələridir.
Prezident aparatının informasiya saytının verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani dünən Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında uçqunların götürülməsi əməliyyatının yekunlaşmasının sürətləndirilməsi, cəsədlərin çıxarılması və yanğınsöndürən şəhidlər və onların ailələrinin layiqincə qiymətləndirilmələrinin birinci prioritet olduğunu deyib, hadisənin baş verdiyi ərazinin ticarət mərkəzi olduğunu nəzərə alaraq ticarət fəaliyyətlərinin yenidən başlanması üçün ərazinin tezliklə hazırlanmasına təkid edib.
Həsən Ruhani bir qrup nazir və müvafiq orqanların rəsmilərinə tapşırıq verib ki, bu gündən etibarən Plasko binasında fəaliyyət göstərən iş adamları və fəhlələrin öz fəaliyyətlərini bərpa etmələri istiqamətində lazımı qərarlar qəbul etsinlər. Bu qərarlar zərərçəkənlərə siğorta imkanlarının yaradılması, onlar üçün sərmayənin təmin edilməsi, vergidən azad edilmələri və fəaliyyətə başlamaq üçün lazım olan məkanın təmin edilməsi istiqamətində olmalıdır və Nazirlər Kabinetinin sabahkı iclasına təqdim olunmalıdır.