Sionist rejimin nüvə silahları dünya xalqları üçün ciddi təhlükədir
-
Sionist rejimin nüvə silahları dünya xalqları üçün ciddi təhlükədir
İranın Yaponiyanın Naqasaki şəhərində keçirilən Beynəlxalq Tərksilah İclasındakı nümayəndəsi bildirib ki, sionist rejim yüzlərlə nüvə başlığına malik olaraq, regiondan əlavə, dünyanı da ciddi təhlükələrlə üzləşdiribdir.
IRNA-nın məlumatına görə, Məhəmməd Həsən Dəryayi deyib: Dünya xalqları sionist rejimə təzyiq göstərmək yolu ilə nüvə silahı olmayan bir Yaxın Şərq regionunun yaradılması istiqamətində hərəkətə keçməyə borcludurlar. Zira bu rejimin nüvə proqramları dünya ictimaiyyətinin ciddi nigarançılığına səbəb olubdur.
İclasda xüsusi natiq kimi çıxış edən İranın Beynəlxalq Tərksilah İclasındakı nümayəndəsi İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahları barədə fitvasının verilməsilə nəticələnən islami nəzəriyyə əsaslarını bəyan edərək, söyləyib: Bəşəriyyətin təhlükəsizliyinin təmini üzrə ən yaxşı yol, bu silahların tam şəkildə məhvidir və dünyada hətta bir nüvə silahının mövcud olduğu zamanadək acınacaqlı Naqasaki və Xirosima hadisələrinin təkrarlanması imkanı mövcuddur.
Yaponiya hökuməti və BMT-nin Asiya və Okeaniya üzrə Regional Sülh və Tərksilah Mərkəzinin həmkarlığı ilə keçirilən bu beynəlxalq iclasda BMT baş katibinin müavinindən əlavə, tədqiqat müəssisə və mərkəzləri, eləcə də hökumət və qeyri-hökumət təşkilat və orqanları, həmçinin müxtəlif ölkələr və dövlətlərin əlli nümayəndəsi iştirak edir.