Yan 24, 2017 16:37 Asia/Baku
  • Zərif: Nüvə anlaşması İrana qarşı iqtisadi sanksiyaları ləğv etdi
    Zərif: Nüvə anlaşması İrana qarşı iqtisadi sanksiyaları ləğv etdi

İranın xarici işlər naziri deyib ki, nüvə anlaşması Qərbin İrana qarşı birtərəfli iqtisadi sanksiyalarını ləğv etdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehran ticarət palatasının 22-ci iclasında əlavə edib: Nüvə anlaşmasının görə bildiyi iş bu olubdur ki, İrana qarşı iqtisadi maneələri nüvə ilə əlaqəsi olan həddədək aradan götürdü, çünki İran işi nüvə bəhanəsilə BMT-nin Təhlükəsizlik Şurasına daxil olmuşdu və İrana qarşı sanksiyalar daha artıq şiddətlə tətbiq olunurdu.

Zərif nüvə anlaşmasının uğurlarından birini İran qarşısındakı beynəlxalq atmosferi sakitləşdirmək adlandırıb və bildirib ki, nüvə anlaşması ciddi təhlükə ilə üzləşmir.

İranın xarici işlər naziri vurğulayıb: Nüvə anlaşmasının uğuru bunda olubdur ki, İran barədə beynəlxalq psixoloji atmosferi sakitləşdirə bilsin. Elə buna görə də, İran İslam Respublikasının bədxahlarının nüvə anlaşmasından öncəki və sonrakı bütün səyləri bu olubdur ki, sakitliyin bərqərarına yol verməsinlər.

Teqlər